"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xaçmazda “Heydər əliyev – Bir əsrə bərabər tarix yazmış şəxsiyyət” mözvusunda tədbir keçirilib

--2018-05-08 / 09:17

Xaçmaz Heydər əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik və Ümummilli lider Heydər əliyevin 95 illik yubileyinə həsr olunmuş “Heydər əliyev – Bir əsrə bərabər tarix yazmış şəxsiyyət” mözvusunda tədbir keçirilib. Bu barədə məlumatı Xaçmaz Heydər əliyev Mərkəzi yayıb.

Xaçmaz Heydər əliyev Mərkəzi və Xaçmaz Uşaq incəsənət məktəbinin birgə təşkilatçılğı ilə Xaçmaz Heydər əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik və Ümummilli lider Heydər əliyevin 95 illik yubileyinə həsr olunmuş “Heydər əliyev – Bir əsrə bərabər tarix yazmış şəxsiyyət” mözvusunda tədbir keçirilmişdir.

Tədbirdə Xaçmaz rayon icra Hakimiyyətinin Başçısının müavini Samir Nemətov, Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi Nazim Ağayev və digərləri iştirak edib. Tədbir Uşaq incəsənət məktəbinin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət himni başlayıb.

Daha sonra Mərkəzin direktoru K.əsgərova çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən və fəaliyyətindən, Ulu öndər Heydər əliyevin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verdi.

Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi N.Ağayev öz çıxında dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışaraq bildirdi ki, ümummilli lider Heydər əliyev zəngin həyat yolunu Azərbaycan dövlətinə və xalqına həsr edib.

istər sovet hakimiyyəti illərində, istərsə də, müstəqillik dövründə ulu öndərin respublikaya rəhbərlik etdiyi zaman kəsiyi Azərbaycan tarixinə inkişaf mərhələsi kimi daxil olub. Ulu öndərin əsasını qoyduğu və onun işlərinin layiqli davamçısı olan Prezident ilham əliyevin apardığı siyasət və məqsədyönlü fəaliyyət nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafı və hərbi qüdrəti ilə regionun aparıcı dövlətinə çevrilib. Azərbaycanın hərtərəfli inkişafı onun dünya dövlətləri arasında olan nüfuzunun durmadan artmasına səbəb olub.

Daha sonra tədbir məktəbin müəllim və şagird kollektivinin ifasında müxtəlif ifalar və rəqslərlər davam etdir. Tədbirdə həmçinin məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir.

Belediyye.info

 

ŞƏRHLƏR